Mehdiabadda genişmiqyaslı iməclik : Küçələr tullantı və alaq otlarından təmizləndi- VİDEO
Abşeron Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Mehdiabad qəsəbəsində növbəti iməclik aksiyası keçirilib.
Denmüdia.az xəbər verir ki, aksiya çərçivəsində qəsəbənin müxtəlif ərazilərində abadlıq və təmizlik işləri aparılıb.
Xüsusilə yol kənarlarında bitən alaq otları təmizlənib, ərazilərə atılmış məişət tullantıları yığılaraq daşınıb. Kommunal xidmət əməkdaşları tərəfindən küçəboyu sanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülüb.
Gün ərzində iməclik prosesi əsasən Çingiz Mustafayev və İstiqlaliyyət küçələrində davam etdirilib. Ərazilərdə həm piyadaların, həm də nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yolkənarı sahələr səliqəyə salınıb, ətraf mühitin qorunması və yaşayış məntəqəsinin daha təmiz saxlanılması məqsədilə geniş təmizlik tədbirləri aparılıb.
Qeyd olunub ki, rayon ərazisində ekoloji tarazlığın qorunması, küçə və məhəllələrin daha abad vəziyyətə gətirilməsi məqsədilə bu cür aksiyaların mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.
nizami