Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan vətəndaşlarından həcc ziyarəti üçün sənəd qəbulu müddətinin 7 mart tarixinədək uzadıldığını açıqlayıb.
Bu barədə idarənin Xarici əlaqələr şöbəsinin müdiri, həcc üzrə elektron sistemin rəhbəri Vüsal Cahangiri məlumat verib, Denmedia.az xəbər verir.
Onun sözlərinə görə, qərar Ministry of Hajj and Umrahın göstərişləri, eləcə də xaricdə və regionlarda yaşayan Azərbaycan vətəndaşlarının çoxsaylı müraciətləri nəzərə alınaraq qəbul edilib.
“Vətəndaşlarımızdan xahiş edirik ki, gecikməsinlər. Qeyd olunan tarixdən sonra müddət bir daha uzadılmayacaq”, – deyə Vüsal Cahangiri bildirib.