Nəcəf Həsənov Xəzər TV-dən ayrıldı – yeni iş yeri məlum oldu
Tanınmış aparıcı və televiziya siması Nəcəf Həsənov Xəzər TV ilə yollarını ayırıb.
O, bu barədə DenMedia.az-a açıqlamasında bildirib ki, kanaldakı fəaliyyətinə öz istəyilə son verib.
Nəcəf Həsənov qeyd edib ki, Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşov və kollektivlə görüşərək onlarla sağollaşıb. Onun sözlərinə görə, bu qərarı vermək asan olmayıb, çünki uzun illər ərzində doğma saydığı kanalda çalışıb, çoxsaylı layihə və çəkilişlərin bir parçası olub:
> “Təbii ki, bu, çətin qərardır. Çünki Xəzər TV-də uzun illər fəaliyyət göstərərək, bir çox maraqlı layihələrdə iştirak etmişəm. Lakin həyatın müəyyən dönəmlərində insan yeni qərarlar qəbul etməlidir. Mənim üçün o gün bu gündür...” – deyə aparıcı bildirib.
Əldə etdiyimiz məlumata görə, Nəcəf Həsənovun yeni iş yeri də bəlli olub. O, bundan sonra Televiziyalardan birində fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Nəcəf Həsənov televiziya sahəsində peşəkarlığı, müxtəlif layihələrdə uğurlu iştirakı və tamaşaçılarla səmimi ünsiyyəti ilə seçilib. Onun yeni fəaliyyət istiqaməti izləyicilər tərəfindən maraqla gözlənilir.
Nizami RəsulovDenMedia.az
nizami