İran sahillərində güclü partlayış səsləri eşidildi
İranın Hörmüz boğazı sahillərində güclü partlayış səsləri eşidilib.
Bu barədə İranın Fars xəbər agentliyi yerli mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, partlayış səsləri İranın cənub-şərqində yerləşən Sirik şəhəri və Qeşm adası yaxınlığında, dəniz istiqamətindən gəlib.
Qeşm adasının sakinləri səmada işıq parıltıları gördüklərini və güclü partlayış səsləri eşitdiklərini bildiriblər.
Bəzi mənbələr hadisənin hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə əlaqəli ola biləcəyini ehtimal edirlər.
İlkin məlumatlara görə, səslərin bir hissəsi Hörmüz boğazından keçid üçün İranın müəyyən etdiyi qaydaları pozan gəmilərə açılan xəbərdarlıq atəşi ilə bağlı ola bilər.
Hadisənin dəqiq səbəbi ilə bağlı hələlik rəsmi təsdiq verilməyib.