Biləsuvarda toy məclisi qanlı bitdi – Şadlıq sarayında bıçaqlanma
Biləsuvar rayonunda yerləşən şadlıq saraylarından birində bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayon mərkəzində qeydə alınıb.
Məlumata görə, 1977-ci il təvəllüdlü Eldar Cəfər oğlu Vəliyev şadlıq sarayında bıçaqlanıb. Kürək nahiyəsindən xəsarət alan kişi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Ülvü Qurbanov polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.