Qırmızı dənizdə yeni eskalasiya: Husilərin silah anbarları vuruldu
Səudiyyə Ərəbistanının Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə yerləşən Yəmənin Hudeyda əyalətində husilərin obyektlərinə zərbələr endirib, Al Jazeera telekanalı xəbər verir.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin nümayəndəsi silah anbarlarının, o cümlədən dəniz minalarının və husilərin kater bazasının məhv edildiyini bildirib.
Bu arada husilərlə əlaqəli media qurumları Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki Kamaran adasına və Hudeyda əyalətində yerləşən Əs-Salif limanı ərazisinə hava zərbələri endirdiyini xəbər veriblər.