30 ildən çox Ukraynada yaşayan azərbaycanlı həkim müharibədə öldü - FOTO
Rusiya ilə Ukrayna arasında davam edən müharibə zamanı daha bir Azərbaycan vətəndaşı həlak olub.
58 yaşlı, Lənkəran rayonunun Separadi kəndindən olan həkim, tibb üzrə fəlsəfə doktoru Vahab Ramazan oğlu Quliyev Kupyansk istiqamətində Rusiya pilotsuz uçuş aparatının hücumu nəticəsində həyatını itirib.
Vahab Quliyev 30 ildən çoxdur Ukraynada yaşayırdı.
O, tanınmış “Nənələr” folklor ansamblının iştirakçısı Xanımbaçı Quliyevanın oğlu olub.
Vahab Quliyevin nəşi artıq Azərbaycana gətirilib.
