Sumqayıtda 3 yaşlı uşaq qaynar sudan ağır yanıq xəsarəti alıb
Sumqayıtda 3 yaşlı oğlan uşağı üzərinə qaynar su dağılması nəticəsində yanıq xəsarətləri alıb.
Denmedia.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.
Məlumata görə, azyaşlı evdə ehtiyatsızlıq nəticəsində üzərinə qaynar su dağılması səbəbindən yanıb. Uşaq dərhal xəstəxanaya çatdırılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq, onun vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
Ellada Rəsul
Denmedia.az