Xırdalanda piyadanı avtomobil vuraraq öldürüb-FOTO
Bakı-Quba yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, hadisə zamanı Sumqayıt istiqamətində hərəkətdə olan “Ford” markalı, 50-DN-545 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçən 36 yaşlı Yasəmən Dadaşovanı vurub.
Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.