Kələntərlidə ağır qəza: bir nəfər həyatını itirdi
Bərdə rayonunda minik avtomobilinin eşşək arabasına çırpılması nəticəsində bir nəfər həyatını itirib.
Denmedia.azxəbər verir ki, hadisə Kələntərli kəndində qeydə alınıb.
Bərdə rayon sakini Mənsur Əliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil yolu keçmək istəyən eşşək arabasını vurub.
Qəza nəticəsində arabada olan Kələntərli kənd sakini Arif Babaşov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.