Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi
Bəxtiyar Əsgərov Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib.
Bu barədə “Naxçıvan xəbərləri” məlumat yayıb.
Məlumata görə, müvafiq sərəncamı 28 sentyabr 2026-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov imzalayıb. Məlumat Naxçıvan MR Ali Məclisinin rəsmi saytında da dərc olunub.