Geri qayıt Çap et

“Yalı Çapkını”nın Feriti geri dönür: 63 illik film yenidən ekranlara gəlir - FOTO

“Yalı Çapkını” serialı ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan Mert Ramazan Demirin yeni layihəsi bəlli olub.

Türk yazıçısı Necati Cumalının əsəri əsasında 1963-cü ildə rejissor Metin Erksan tərəfindən ekranlaşdırılan məşhur “Susuz Yaz” filmi bu dəfə serial formatında tamaşaçılara təqdim olunacaq. Mert Ramazan Demir yeni ekran işində Osman obrazını canlandıracaq.

Yeni rolu haqqında danışan aktyor “Susuz Yaz”ın Türkiyə kinematoqrafiyasında xüsusi yer tutduğunu vurğulayaraq layihədə iştirakından məmnunluğunu ifadə edib.

“Metin Erksanın çəkdiyi ‘Susuz Yaz’ türk kino tarixində özünəməxsus yer tutan çox gözəl filmdir. Ekran işi Necati Cumalının ‘Susuz Yaz’ kitabındakı 70 səhifəlik bir hekayə əsasında hazırlanıb. Çox gözəl komanda ilə çalışırıq və bu kollektivin bir hissəsi olmaqdan çox xoşbəxtəm”, – deyə aktyor bildirib.

Hadisələri 1970-ci illərin Adana şəhərində cərəyan edən serialda Çarlak kəndində yaşayan iki qardaşın həyatını dəyişən hadisələrdən bəhs olunacaq.

Ekran işinin ssenari müəllifi Sema Ergenekon, rejissorları isə Yusuf Pirhasan və Mehmet Can Bindaldır.

Serialın aktyor heyəti də müəyyənləşib. Mert Ramazan Demirlə yanaşı, layihədə Lizge Cömert, Batuhan Bozkurt Yüzgüleç, Şebnem Bozoklu, İrem Sak, Serpil Gül, Deniz Celiloğlu və Umut Kurt rol alacaqlar.

Aktyor heyətində həmçinin Şirin Sultan Saldamlı, Güneş Sayın, Begüm Akkaya, Ilgım İpekçi, Meriç Rakalar, Özgür Daniel Foster, Kayra Zabcı, Esra Ünnü və Kemal Burak Alper yer alıblar.

Denmedia.az