Geri qayıt Çap et

Televiziya dünyasında böhran böyüyür! Daha bir serial efirdən çıxarıldı

Türkiyədə televiziya kanallarının reklam gəlirlərinin azalması serialların yayım cədvəlinə təsir göstərməyə başlayıb. Bir sıra məşhur ekran işlərinin yeni bölümləri təxirə salınıb.

Türkiyə KİV-in məlumatına görə, “Halef”, “Sevdiğim Sensin”, “Muhtemel Aşk” və “Kızılcık Şerbeti” seriallarının ardından Star TV də oxşar qərar qəbul edib.

Kanalın yeni layihələrindən olan “Başkalarının Hayatı” serialının oktyabrın 31-də yayımlanması gözlənilən yeni bölümü efirə verilməyib. Onun əvəzinə tamaşaçılara əvvəlki bölümlərdən biri təkrar nümayiş etdirilib.

Məlumata görə, bu qərarın televiziya sektorunda reklam gəlirlərinin azalması ilə əlaqəli olduğu bildirilir.

Serialın yeni bölümünün 7 noyabr 2026-cı ildə Star TV ekranlarında yayımlanması planlaşdırılır.

Beləliklə, “Başkalarının Hayatı”nın izləyiciləri yeni bölüm üçün daha bir həftə gözləməli olacaqlar.

Denmedia.az