Türkiyənin məşhur aktrisası Ezgi Mola son görüntüləri ilə diqqət mərkəzinə düşüb.
Aktrisanın “Organize İşler: Karun Hazinesi” filminin çəkilişləri zamanı çəkilən fotoları ilə son görüntüləri arasındakı fərq sosial şəbəkələrdə maraq doğurub.
Daha əvvəl müntəzəm idman etdiyini və qidalanmasına xüsusi diqqət yetirdiyini bildirən Mola həftədə 4–5 gün pilateslə məşğul olduğunu açıqlayıb.

Məlum olub ki, aktrisa avqust ayında Alaçatıda külək sörfinqi dərsləri də alıb.
Məşhur aktrisanın yeni görünüşü və aktiv həyat tərzi diqqət çəkib.