Geri qayıt Çap et

Məşhur aktrisa Azərbaycanda: Baş rolda çəkilir

Türkiyənin sevilən aktrisalarından biri olan Özge Gürel Bakıya gəlib. Məşhur aktrisanın paytaxtımıza səfərinin səbəbi isə yeni kino layihəsi ilə bağlıdır.

Özge Gürel Azərbaycan istehsalı olan “44” adlı tammetrajlı bədii filmdə baş rolda çəkilib.

Aktrisa ekran işində Azərbaycanda çalışan türk həkim-ortoped Zeynəb Özdemir – “Zeynəb doktor” obrazını canlandırır.

Yeni layihədə Özge Gürelin hansı tərəf-müqabilləri ilə kamera qarşısına keçəcəyi və filmin təqdimat tarixinin nə zaman olacağı isə maraqla gözlənilir.


Denmedia.az