Geri qayıt Çap et

Şəhər həyatını geridə qoydu: Gonca Vuslateri meşədəki yeni həyatı - FOTO

Türkiyəli aktrisa Gonca Vuslateri qızı Asyanın dünyaya gəlməsindən sonra İstanbulun Cihangir səmtindən ayrılaraq Sarıyere köçüb.

Həyat yoldaşı və qızı ilə meşə mənzərəli, geniş bağçası olan evdə yaşayan aktrisa bu qərarı övladının təbiətlə iç-içə böyüməsini istədiyi üçün verdiyini bildirib.

Hazırda “Ömür Usta” serialında Nevra obrazını canlandıran Vuslateri yeni həyatından danışarkən Sarıyerdə şəhərin səs-küyündən uzaq, təbiətə yaxın bir mühit seçdiyini deyib.

“Sarıyere köçdüm, meşələrə getdim. Bağçamda qunduz, tülkü, dələ var. Uşağı meşədə böyüdürəm”, – aktrisa bildirib.

Vuslateri yeni evində bağçılıqla da məşğul olduğunu və qızının ağac, torpaq və təbiətlə daha çox vaxt keçirməsini istədiyini vurğulayıb.

“Az yaşıllıq, çox səki və bina olan yerdənsə, daha çox meşəlik əraziyə keçdik. Bu mənə yaxşı təsir etdi. Bağla məşğul oluram. Uşaq üçün də bunun vacib olduğunu düşünürəm”, – o qeyd edib.

Aktrisa bunun “lüks həyat” kimi qiymətləndirilməsini istəmədiyini, sadəcə imkanları daxilində qızının təbiətə yaxın bir mühitdə böyüməsinə şərait yaratmağa çalışdığını bildirib.

Denmedia.az