Geri qayıt Çap et

“Perihan Abla”nın unudulmaz aktrisasından illər sonra xəbər var: Görün harada yaşayır - FOTO

Türkiyənin məşhur “Perihan Abla” və “Ruhsar” seriallarındakı rolları ilə yadda qalan aktrisa Tuluğ Çizgenin uzun illərdən sonra harada olduğu məlum olub.

Bir müddətdir ekranlardan uzaq həyat sürən sənətçinin İstanbulun Kartal rayonunda yerləşən Sənətçilər Yaşam Evində qaldığı və unutqanlıq problemi yaşadığı bildirilir.

Aktrisanı ziyarət edən pərəstişkarlarından biri onun səhhəti ilə bağlı məlumat verərək hazırda özünü yaxşı hiss etdiyini bildirib.

Sənətçinin uzun müddətdən sonra gündəmə gəlməsi və səhhəti ilə bağlı verilən müsbət xəbər pərəstişkarlarını sevindirib.

Denmedia.az