Geri qayıt Çap et

Məşhurlarla bağlı istintaqda yeni GƏLİŞMƏ – Kimlər sərbəst buraxıldı?

Türkiyədə Bakırköy Baş Prokurorluğunun apardığı iki ayrı istintaq çərçivəsində saxlanılan 21 şübhəlidən 10-u sərbəst buraxılıb.

Narkotik vasitələrin istifadəsi, təchizatı və digər cinayətlərlə bağlı aparılan istintaq çərçivəsində ümumilikdə 24 nəfər barəsində saxlanılma qərarı verilib.

Əməliyyatlar zamanı 21 nəfər saxlanılıb. Onlardan 10-u Məhkəmə-Tibbi Ekspertiza Qurumunda aparılan prosedurlardan sonra sərbəst buraxılıb.

Aralarında məşhur şəxslərin də olduğu 5 şübhəli isə məhkəməyə göndərilib.

Denmedia.az