Türkiyədə sosial media fenomeni Çağla Öz Tançalanın həbs edilməzdən əvvəl çəkilmiş görüntüləri ortaya çıxıb. Kadrlarda onun toyundan iki gün sonra İstanbulun Maslak rayonunda yaşadığı yaşayış kompleksindən ayrıldığı anlar əks olunub.

Çağla Öz Tançalan və sosial şəbəkələrdə “Vanlı Kara Haydar” ləqəbi ilə tanınan Mehmet Fatih Tançalanın Vanda keçirilən dəbdəbəli toyundan yayılan görüntülər Türkiyə mediasında geniş rezonans doğurub.

Görüntülərin yayılmasından sonra Van Respublika Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb.
Saxlanılan Mehmet Fatih Tançalan “çirkli pulların yuyulması” ittihamı ilə məhkəməyə göndərilib və hakim qərarı ilə həbs edilib.
Çağla Öz Tançalan isə sentyabrın 12-də İstanbulda Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İstanbulda prosedurlar tamamlandıqdan sonra o, Vana göndərilib.

Prokurorluqdakı araşdırmadan sonra məhkəməyə çıxarılan Çağla Öz Tançalan cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamı ilə həbs edilib.
