Türkiyə kinosunun tanınmış simalarından Kadir İnanırın vəfatından sonra onun mirası ilə bağlı diqqətçəkən detal üzə çıxıb. Məlum olub ki, sənətçi həyatının müxtəlif dövrlərində üç ayrı vəsiyyətnamə hazırlayıb.
İnanır ilk vəsiyyətnaməsini 2015-ci ildə tərtib edib. O, 2022-ci ildə isə notariusun iştirakı ilə daha iki ayrı vəsiyyətnamə hazırlayıb. Beləliklə, sənətçidən ümumilikdə üç vəsiyyətnamə qalıb.
İndiyədək sənədlərin məzmunu ictimaiyyətə açıqlanmayıb. Hüquqi prosedurlar başa çatdıqdan sonra vəsiyyətnamələr rəsmi şəkildə açılacaq.

Tarix də artıq məlumdur. Kadir İnanırın üç vəsiyyətnaməsi sentyabrın 17-də Beykoz Ədliyyəsində açılacaq. Bundan sonra sənətçinin əmlakını kimlərə miras qoyduğu və üç sənəddə hansı qərarların yer aldığı məlum olacaq.