Geri qayıt Çap et

Qardaşının ölüm xəbərini canlı yayımda aldı: Danışmaqda çətinlik çəkdi

İlahiyyatçı professor Mustafa Karataşın qardaşı Davut Karataş vəfat edib. Dörd aydır reanimasiya şöbəsində müalicə alan Davut Karataşın ölüm xəbərini ilahiyyatçı canlı yayım zamanı öyrənib.

65 yaşlı Mustafa Karataş proqram zamanı gələn telefon zəngindən sonra qardaşının vəfat etdiyini öyrənib. Ağır xəbərin təsiri ilə danışmaqda çətinlik çəkən ilahiyyatçı izləyicilərinə müraciət edib:

“Bu yayımı davam etdirmək mənim üçün bir qədər çətin olacaq. Amma sizdən anlayış və dua gözləyirəm.”

Emosional anlar yaşayan Karataş buna baxmayaraq proqramı davam etdirməyə çalışıb və qardaşının ruhuna dua oxuyub.

Davut Karataşın dəfn mərasimi ilə bağlı məlumatlar daha sonra Mustafa Karataşın sosial şəbəkə hesabında paylaşılıb.

Denmedia.az