“Teşkilat” serialında “Yadigar” obrazı ilə bağlı yeni qərar qəbul edilib. Tamaşaçılardan gələn tənqidlərdən sonra yaradıcı heyət obrazın adını dəyişmək qərarına gəlib.
TRT 1-də yayımlanan məşhur serialın 7-ci mövsümünə hazırlıqlar davam edərkən, aktyor heyətində edilən dəyişiklik də gündəmə gəlib.
Aktyor Serhat Kılıçın vəfatından sonra onun canlandırdığı “Yadigar” obrazı Savaş Özdemirə həvalə edilmişdi. Lakin eyni obrazın başqa aktyor tərəfindən davam etdirilməsi tamaşaçıların bir hissəsinin narazılığına səbəb olub.
Gələn reaksiyalardan sonra serialın yaradıcı heyəti geri addım ataraq obrazın adının dəyişdirilməsinə qərar verib.
Beləliklə, Savaş Özdemir serialda yer almağa davam edəcək, lakin onun canlandıracağı obraz artıq “Yadigar” adı ilə təqdim edilməyəcək.