Türkiyəli məşhur müğənni Seda Sayanın 4 reklamdan ümumilikdə 200 milyon lirə qazandığı barədə yayılan iddialara münasibət bildirib.
İstanbulda konsertindən əvvəl jurnalistlərin suallarını cavablandıran sənətçidən son günlər gündəmə gələn böyük reklam müqaviləsi ilə bağlı iddialar soruşulub.
Məlumata görə, Seda Sayanın dörd fərqli brendin reklam çarxında çəkilərək ümumilikdə 200 milyon TL qazandığı iddia olunurdu. Müğənni isə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

“Xeyr, bunun həqiqətlə heç bir əlaqəsi yoxdur. Elə dörd reklam da yoxdur. Danışılan məbləğlərin də reallıqla əlaqəsi yoxdur”, – Seda Sayan deyib.
Müğənni qazancını gizlətmədiyini və vergilərini ödədiyini də vurğulayıb:
“Onsuz da məni tanıyırsınız. Vaxtilə qazandığım dövrlərdə vergi rekordçuları sırasında olmuşam. Qazanıram, vergimi ödəyirəm. Həqiqətən, deyilənlər çox şişirdilib”.