Geri qayıt Çap et

Alina Boz ana olmağa hazırlaşır: Körpənin cinsiyyəti bəlli oldu - FOTO

2023-cü ildə evlənən aktrisa Alina Boz və iş adamı Umut Evirgendən xoş xəbər gəlib. İlk dəfə valideyn olmağa hazırlaşan cütlük körpələrinin cinsiyyətini açıqlayıb.

Türkiyə mediasının məlumatına görə, cütlük təşkil etdikləri gender partisindən görüntüləri sosial şəbəkə hesablarında paylaşıb.

Paylaşımlardan məlum olub ki, Alina Boz və Umut Evirgen qız övladı gözləyirlər.

DenMedia.az