Geri qayıt Çap et

Mesut Can Tomay qadağan olunmuş maddə işi ilə bağlı suallardan yayındı - VİDEO

Sosial media fenomeni Mesut Can Tomay qadağan olunmuş maddələrin ticarəti ilə bağlı iddia əsasında saxlanıldıqdan sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Central Cee-nin konsertinə qatılan Tomay jurnalistlərin məsələ ilə bağlı sualları ilə qarşılaşıb. O, mövzu barədə ətraflı danışmaqdan yayınaraq belə deyib:

“Central Cee çox üzülər. Səhvən deyəcəyim hər hansı söz konsertin önünə keçsə, ona da ayıb olar.”

Fenomen bununla da istintaqla bağlı konkret açıqlama verməyib.

Denmedia.az