hbap Dərnəyinə qarşı aparılan istintaq çərçivəsində həbs olunan Haluk Leventlə bağlı müğənni Funda Arar da açıqlama verib.
Habertürkün məlumatına görə, Fatih Altaylının proqramına qonaq olan sənətçi dərnəyə heç vaxt ianə etmədiyini bildirib.
“Ahbap Dərnəyinə bir qəpik belə köçürməmişəm. Həmin dövrdə imkanım daxilində yardımlarımı özüm etmişəm. Onun keçmişi və haqqında sənət aləmində danışılanlar mənə məlum idi. Buna görə də mənə inandırıcı gəlmirdi”, – deyə Arar söyləyib.
Müğənni qumar asılılığının ağır problem olduğunu qeyd edərək, insanların bu vərdişdən asanlıqla xilas ola bilmədiyini vurğulayıb.
O, həmçinin Cem Yılmazın vaxtilə Haluk Leventlə bağlı səsləndirdiyi zarafatı xatırladaraq, ianələrin qumara xərcləndiyini iddia edib. Qeyd edək ki, bu fikirlər Funda Ararın şəxsi iddialarıdır və məhkəmə qərarı ilə təsdiqlənmiş fakt kimi təqdim edilmir.
Haluk Levent 16 iyul 2026-cı ildə Ahbap Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunub.