Geri qayıt Çap et

Məryəm Üzərli bu dəfə sadəliyi ilə diqqət çəkdi - FOTO

Məryəm Üzərli bu dəfə qırmızı xalçadakı görünüşü ilə deyil, makiyajsız və təbii fotoları ilə diqqət çəkib.

Sosial şəbəkələrdən aktiv istifadə edən məşhur aktrisa son paylaşımında peşəkar çəkilişlər əvəzinə qardaşı Can Üzərlinin obyektivinə verdiyi təbii pozaları izləyiciləri ilə bölüşüb.

Sadə tərzi ilə diqqət çəkən aktrisanın paylaşımı qısa müddətdə minlərlə bəyənmə və şərh toplayıb.

İzləyicilər onun təbii gözəlliyini tərifləyib, qardaşının çəkdiyi fotolar da sosial mediada böyük maraqla qarşılanıb.

Denmedia.az