Geri qayıt Çap et

52 yaşlı aktyor vəfat etdi: “Çukur” və “Diriliş Ertuğrul”da rol almışdı - FOTO

Türkiyəli aktyor Mustafa Başalan vəfat edib.

“Çukur” və “Diriliş Ertuğrul” kimi məşhur seriallarda rol alan aktyorun ölüm xəbərini Film-San Vəqfi yayıb.

Vəqfin açıqlamasında bildirilib: “Aktyor dostumuz Mustafa Başalanı keçirdiyi ani infarkt səbəbindən itirdik. Ailəsinə və sevənlərinə səbir diləyirik”.

52 yaşlı aktyor həmçinin “Siyah Kalp”, “Sahipsizler” və “Arka Sokaklar” kimi ekran işlərində də rol almışdı.

DenMedia.az