Sosial şəbəkə hesabında yenidən ana olacağını açıqlayan Sayarı həmin vaxt paylaşımında “Allaha sonsuz şükürlər olsun. Allah ‘ol’ deyər və olar. Kun fəyəkun” ifadələrini yazmışdı.
55 yaşlı astroloq əkiz övladlarını dünyaya gətirməyə hazırlaşırdı. Lakin Sayarının hamiləliyinin sonlandığı məlum olub.

Xəstəxanadan paylaşım edən Nuray Sayarı yaşadığı kədəri “Rəbbimin hikmətindən sual olunmaz” sözləri ilə ifadə edib.
Qeyd edək ki, ilk evliliyindən iki övladı olan Nuray Sayarı 31 illik həyat yoldaşı Aşkın Sayarıdan zorakılıq və xəyanət iddiaları səbəbindən 2020-ci ildə boşanmışdı.