Geri qayıt Çap et

Enis Arıkanın da adı keçən istintaqda 22 şübhəli saxlanıldı

Məşhurlara qarşı aparılan narkotik və fahişəlik istintaqları çərçivəsində 22 nəfərin “şübhəli” qismində saxlanıldığı məlum olub.

Türk mediasının məlumatına görə, cəmiyyətin sağlamlığı və təhlükəsizliyini təhdid edən narkotik vasitələrlə mübarizə çərçivəsində Cümhuriyyət Baş Prokurorluğunun məşhur şəxslərlə bağlı apardığı narkotik və fahişəlik istintaqında hüquq-mühafizə orqanları tərəfindən yeni əməliyyat dalğası başladılıb.

İstanbul Polis İdarəsinə bağlı Narkotik Cinayətlərlə Mübarizə əməkdaşları istintaq çərçivəsində barələrində saxlanılma qərarı verilən 22 şübhəlini nəzarətə götürüb.

Saxlanılan şəxslər arasında teatr və kino aktyoru Enis Arıkanın da olduğu bildirilir. Saxlanılanların sayının arta biləcəyi qeyd olunur.

Sağlamlıq yoxlanışından keçirilən tanınmış şəxslər ifadələrinin alınması üçün Narkotik Cinayətlərlə Mübarizə Şöbə Müdirliyinin Küçükçekmece rayonundakı mərkəzinə aparılıblar.

DenMedia.az