Geri qayıt Çap et

“A.B.İ.”də gözlənilməz ayrılıq: Çağlanın ölümü mövsüm finalına damğa vurdu - FOTO

Kenan İmirzalıoğlunun illər sonra ekranlara qayıtdığı “A.B.İ.” serialı mövsüm finalı ilə gündəmə gəlib. Ən çox müzakirə olunan məqamlardan biri isə Afra Saraçoğlunun layihə ilə vidalaşması olub.

Serialda Çağla obrazını canlandıran Saraçoğlunun mövsüm finalında ölərək hekayədən ayrılması izləyicilər arasında böyük maraq doğurub.

Aktrisa serialdan ayrılması ilə bağlı açıqlamasında obrazının hekayəsinin tamamlandığını bildirib və bunları deyib:

Açığı, bir az dincələcəyəm. Çox gözəl və çox keyifli bir çəkiliş prosesi keçirdim. OGM ilə yenə çox gözəl bir işə imza atdıq. Obrazımın hekayəsi bitdi. Buna görə də serialdan ayrılmış oldum. İndi bir az dincəlmək istəyirəm, əhvalım yaxşıdır.

Afra Saraçoğlu daha sonra sosial media hesabında paylaşım edərək Çağla obrazı ilə vidalaşıb.

Məşhur aktrisa paylaşımında yazıb:

17 bölüm boyunca Çağlanın yolçuluğuna eşlik edən bütün tamaşaçılara, rejissorlarıma, aktyor və çəkiliş heyətindəki dostlarıma, dəyərli ssenaristlərimizə və prodüser komandaya çox təşəkkür edirəm. Bu bölümlə birlikdə Çağlanın hekayəsi sona çatır. Onu tanımaq, anlamaq və anlatmaq mənim üçün çox dəyərli idi.

Saraçoğlunun ayrılığı ilə bağlı diqqətçəkən bir iddia da magazin kulislərindən gəlib.

Magazin jurnalisti Pelin Çini və müğənni Onur Akay Afra Saraçoğlu ilə Kenan İmirzalıoğlunun çəkiliş meydançasında gözlənilən uyğunluğu yaxalaya bilmədiyini irəli sürüblər. İddiaya görə, ikili arasında ünsiyyət problemləri yaşanıb və bu vəziyyət ayrılıq prosesinə təsir edib.

Sözügedən iddialarla bağlı tərəflərdən hələlik hər hansı açıqlama verilməyib.

Mövsüm finalına damğa vurdu

“A.B.İ.” serialının mövsüm finalında Çağla obrazının hekayəsinin faciəvi şəkildə sona çatması sosial mediada və magazin gündəmində geniş rezonans doğurub.

DenMedia.az