Hollivud əfsanəsi Brüs Uillis son illər frontotemporal demans xəstəliyi ilə mübarizə aparır və artıq aktyorluq karyerasını davam etdirə bilmir.
Son məlumatlara görə, 71 yaşlı aktyor ailəsi ilə eyni evdə deyil, özünə məxsus başqa bir evdə daimi nəzarət və qulluq altında yaşayır. Həyat yoldaşı Emma Heminq, keçmiş xanımı Demi Mur və övladları onun rahatlığı üçün əllərindən gələni edirlər.

Uzun illər Hollivudun ən çox qazanan aktyorlarından biri olan Brüs Uillisin sərvətinin təxminən 250 milyon dollar olduğu bildirilir. Aktyorun çoxsaylı daşınmaz əmlakları da var. Hazırda bu əmlak və maliyyə məsələlərinin hüquqi idarəçiliyinin əsasən həyat yoldaşı Emma Heminqin nəzarətində olduğu qeyd olunur.

Bununla belə, Uillisin səhhəti ilə bağlı durum həm ailəsini, həm də onu illərlə sevən pərəstişkarlarını kədərləndirir.