Geri qayıt Çap et

Səhnə yox, siyasət: Gülyanaq Məmmədova qızından danışdı

Xalq artisti Gülyanaq Məmmədova “Qonaqcanlı” verilişində qızı ilə bağlı açıqlama verib.

Sənətçi övladı Sılanın musiqi istedadı olsa da, bu sahədə fəaliyyət göstərmədiyini bildirib:

“Qızım Sılanın səsi var, amma oxumur. Bakı Slavyan Universitetində təhsil alır. Sahəsi isə siyasətdir. Türkçülüyü seçib, tarixi sevir. Xarakteri fərqli qızdır. Oğlanlarımın da səsi var, amma bu o demək deyil ki, artıq oxuyurlar”. (axşam.az)

DenMedia.az