Geri qayıt Çap et

“Survivor” iştirakçısı turist qayığının altında qaldı, bir ayağı amputasiya edildi

Dominikan Respublikasında turist qayığının vurduğu “Survivor Yunanıstan” iştirakçısı Stavros Florosun bir ayağının amputasiya edildiyi məlum olub.

Yunanıstanda yayımlanan “Survivor” yarışmasında böyük kədərə səbəb olan qəza baş verib. Yarışmanın diqqətçəkən iştirakçılarından Stavros Floros Dominikan Respublikasında turist qayığının çarpması nəticəsində ağır yaralanıb. Florosun səhhəti ilə bağlı yeni detallar isə Yunanıstanda gündəm olub.

Qarpunla balıq ovlayarkən qəza keçirdi

Yunan mətbuatının məlumatına görə, qəza Aqios Dominikos bölgəsində baş verib. Bildirilib ki, “Survivor” iştirakçısı Stavros Floros çəkilişlərdən kənar vaxtda qarpunla balıq ovlayarkən turist qayığının çarpması nəticəsində ağır xəsarət alıb.

Qəzadan sonra çəkiliş heyətinin dərhal müdaxilə etdiyi, Florosa hadisə yerində ilkin tibbi yardım göstərildiyi və onun təcili yardım maşını ilə xəstəxanaya aparıldığı öyrənilib.

“Vəziyyəti ağırdır, lakin stabildir”

“Survivor”un çəkiliş heyəti tərəfindən verilən açıqlamada iştirakçının səhhətinin ağır, lakin stabil olduğu bildirilib.

Açıqlamada qeyd olunub:

Yarışma iştirakçısı xəstəxanada ağır, lakin stabil vəziyyətdədir və həyati təhlükəsi yoxdur.

Bundan əlavə, hadisənin bütün tərəfləri ilə araşdırıldığı və səlahiyyətli liman qurumlarının istintaqı davam etdirdiyi bildirilib.

Qəzadan sonra “Survivor” yayımlarının qeyri-müəyyən müddətə dayandırıldığı da qeyd olunub.

Atasından ürəkdağlayan açıqlama

Stavros Florosun atası Yunanıstanda yayımlanan “Buongiorno” proqramına qoşularaq oğlunun səhhəti ilə bağlı təsirli açıqlamalar verib.

Ata Floros oğlunun qəza nəticəsində bir ayağını itirdiyini, digər ayağının biləyində isə ciddi zədə yarandığını bildirib. Açıqlamada Stavrosun hadisə zamanı çox qan itirdiyi və sağ qalmasının möcüzə kimi qiymətləndirildiyi qeyd olunub.

Ata əvvəlcə irəli sürülən “şamandıra istifadə etmirdi” iddialarını da təkzib edib. O bildirib ki, oğlu təhlükəsizlik şamandırasından istifadə edib və hadisə zamanı ərazidə başqa bir yarışma iştirakçısı da olub.

Qəzadan sonra Yunanıstanda böyük kədər yaşanarkən, hadisə ilə bağlı istintaqın davam etdiyi öyrənilib.