Hüseyn Tatlı etdiyi açıqlamalarla diqqət çəkib.
Uzun müddət susduğunu bildirən sənətçi artıq hər şeyi danışacağını deyib.

Heç kim düşünməsin ki, bu qorxaqlığımdandır. Amma artıq bıçaq sümüyə dirənib. Mən İbrahim Tatlısesin doğma qardaşıyam, Hüseyn Tatlıyam. Hər kəs yerini bilməlidir, — deyə o bildirib.
İbrahim Tatlıses haqqında da danışan Hüseyn Tatlı iddia edib ki, ona sənət həyatında dəstək olunmayıb.
Heç kim mənim yolumu açmadı, əksinə qarşısını kəsdilər, — deyə o vurğulayıb.
O həmçinin bildirib ki, qardaşı onun sənət həyatını bitirmək üçün əlindən gələni edib.
Hüseyn Tatlı yaxın vaxtlarda yaşananları daha detallı şəkildə açıqlayacağını da əlavə edib.