Türk Sənət Musiqisinin tanınmış ifaçısı Bülent Ersoy son dövrdə brendlərin ən çox seçdiyi simalardan biri olaraq qalır. Məşhur sənətçi böyük bir e-ticarət platforması ilə əməkdaşlıq çərçivəsində reklam kampaniyasının üzü olub.
Məlumata görə, razılaşmaya əsasən Ersoy bir reklam çarxı üçün 135 milyon TL qazanıb. Bu məbləğ ictimaiyyətdə geniş rezonans doğurub və sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Bu ölçüdə ödəniş reklam sektorunda nadir hallarda rast gəlinir.
“Sözcü” qəzetinin yazdığına görə, bu müqavilə ilə Bülent Ersoy Türkiyədə bir reklam filmi üçün ödənilən ən yüksək qonorarın sahibi olub.
Bu əməkdaşlıq reklam sektorunda indiyədək həyata keçirilən ən iri büdcəli layihələrdən biri kimi tarixə düşüb.