Geri qayıt Çap et

Selahattin Paşalı ilə bağlı şok iddia: evliliyi dağılır - FOTO

Aktyor Selahattin Paşalı və həyat yoldaşı Lara Paşalı ilə bağlı boşanma iddiaları yenidən gündəmə gəlib. Müzakirələrin mərkəzində isə iki diqqətçəkən məqam dayanır.

İddialara görə, Paşalı “Masumiyyət Muzeyi” layihəsində birlikdə rol aldığı Eylül Lize Kandemir ilə çəkilən fotoları sosial media hesabından silib. Daha əvvəl tez-tez paylaşılan bu görüntülərin yoxa çıxması qısa zamanda sosial şəbəkələrdə geniş rezonans doğurub.

Digər diqqət çəkən məqam isə Lara Paşalının ad günü ilə bağlıdır. Bildirilir ki, o, bu xüsusi günü yalnız qızı ilə keçirib və Selahattin Paşalının tədbirdə iştirak etməməsi cütlük arasında problem olduğu iddialarını gücləndirib.

Bütün bu məlumatlar boşanma ehtimallarını artırsa da, tərəflərdən hələlik rəsmi açıqlama verilməyib. Magazin dairələrində dolaşan xəyanət və böhran iddiaları isə təsdiqlənməyib və yalnız şayiə olaraq qalır.

Son illərdə “Aşk 101” və “Pera Palasda Gecə Yarısı” kimi layihələrlə böyük populyarlıq qazanan Selahattin Paşalının şəxsi həyatı da daim diqqət mərkəzində olub. Onun evliliyi uzun müddətdir magazin dünyasında ən çox izlənilən münasibətlərdən biri sayılır.

Hazırda diqqətlər cütlükdən gələcək rəsmi açıqlamalara yönəlib.

DenMedia.az