Geri qayıt Çap et

Məşhur cütlük evliliyinə nöqtə qoydu - FOTO

Türkiyəli aktrisa İrem Helvacıoğlu ilə iş adamı Ural Kaspar rəsmi olaraq boşanıb.

2025-ci ildə qızları Soranı qucaqlarına alan cütlüyün 1,5 illik evliliyi bir iclasda başa çatıb. Beləliklə, uzun müddətdir gündəmdə olan ayrılıq iddiaları rəsmiləşib.

Boşanma prosesi qısa sürüb və qərar bir məhkəmə iclasında qüvvəyə minib.

Boşanmadan sonra İrem Helvacıoğlunun sosial şəbəkə hesabındakı dəyişikliklər də diqqət çəkib. Aktrisanın profilindən “Kaspar” soyadını sildiyi və cütlüyə aid birgə fotoları paylaşımından qaldırdığı müşahidə olunub.

Qeyd edək ki, cütlük daha əvvəl də ayrılıq xəbərləri ilə gündəmə gəlmiş, lakin aktrisa həmin iddiaları qəti şəkildə təkzib etmişdi.

DenMedia.az