Geri qayıt Çap et

Lepsdən böyük addım Dağıstana milyonluq yardım

Müğənni Qriqori Leps Dağıstan sakinlərinə yardım məqsədilə xeyriyyə fonduna 5 milyon rubl ianə edib.

Məlumata görə, sənətçi vəziyyət sabitləşdikdən sonra xeyriyyə konserti verməyi də planlaşdırır. O, baş verənləri bütün ölkə üçün böyük faciə kimi qiymətləndirib və Dağıstanı güclü insanların torpağı adlandırıb.

“Ora bəla gələndə susmaq olmaz. Mən siyasətçi deyiləm, amma vətəndaşam və borcumu yerinə yetirməyə hazıram,” — deyə Qriqori Leps bildirib.

Qeyd edək ki, mart ayının sonlarında Şimali Qafqaz bölgəsində güclü daşqınlar baş verib. Təbii fəlakət Dağıstan, Çeçenistan, Şimali Osetiya və İnquşetiyada ciddi fəsadlara səbəb olub.

Minlərlə ev su altında qalıb, bəzi ərazilərdə elektrik enerjisi kəsilib, yollar yararsız vəziyyətə düşüb.

DenMedia.az