Geri qayıt Çap et

Rıza Tamer qəfil vəfat etdi - FOTO

“Popstar” yarışması ilə tanınan Rıza Tamerin vəfat etdiyi bildirilib.

Məlumata görə, müğənni Bodrumun Konacık məhəlləsində menecerinin evində qəfil səhhətinin pisləşməsi səbəbilə xəstəxanaya aparılıb.

Yuxuda tənəffüs problemi yaşayan Rıza Tamerin beyninə oksigen getmədiyi müəyyən edilib. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Müğənninin mətbuat katibi xəbəri yeni aldığını bildirərək şokda olduğunu deyib.

DenMedia.az