Türk musiqisinin tanınmış siması İbrahim Tatlıses xaricdəki konsertlərdən sonra İstanbuldakı evində qəfil halı pisləşərək xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, sənətçinin ağır virus infeksiyasına yoluxduğu ehtimal olunur.
Hazırda vəziyyəti nəzarət altındadır.

Onun hansı virusa yoluxduğu ilə bağlı rəsmi açıqlama verilməyib.