“Arka Sokaklar” serialında Rıza Baba obrazı ilə tanınan aktyor Zafer Ergin qan laxtalanması səbəbindən xəstəxanaya yerləşdirilib.
20 mövsümdür Kanal D kanalında yayımlanan serialda Rıza Baba obrazını canlandıran 83 yaşlı aktyorun səhhəti ilə bağlı açıqlamanı həyat yoldaşı Binnaz Ergin verib.

Onun sözlərinə görə, aktyorun vəziyyəti hazırda yaxşıdır.
“Bədəni susuz qalıb. İnfeksiya səviyyəsi də yüksək çıxıb. İndi vəziyyəti yaxşıdır. Bu gün sadəcə nəzarət məqsədilə xəstəxanadayıq. Çərşənbə günü çəkiliş meydançasına qayıdacaq”, — deyə Binnaz Ergin bildirib.
Serialın yaradıcı heyətinin və yaxınlarının verdiyi məlumata görə, Zafer Erginin səhhəti hazırda stabildir və müalicə prosesi nəzarət altında davam edir.