Geri qayıt Çap et

2023-cü ildə nikah masasına oturmuşdular… “Evlilik təklifini 1 həftə sonra anladım”- FOTO

Özcan Denizin həyat yoldaşı Samar Deniz Kanal D kanalında yayımlanan sevilən “Pazar Gezmesi” verilişinin qonağı olub. Verilişdə Samar Deniz Özcan Denizin ona evlilik təklifini necə etdiyini səmimi şəkildə danışıb.

Samar Deniz bildirib ki, həyat yoldaşı ona təkqaş üzük alıb və olduqca romantik sözlər deyib, lakin o, bunun evlilik təklifi olduğunu həmin an anlamayıb:

“Nişanlandığımızı bir həftə sonra başa düşdüm. Çox güldük.”

Onun sözlərinə görə, bu hadisə sonradan cütlük üçün xoş bir xatirəyə çevrilib və hələ də gülüşlə xatırlanır.

DenMedia.az