Musiqi dünyasının sevilən simalarından İrem Derici şəxsi həyatında xoş bir mərhələyə qədəm qoyub. Uzun müddətdir eşq yaşadığı DJ sevgilisi Melih Kunukçu ilə nişanlanan Derici həm pərəstişkarlarını sevindirib, həm də sosial mediada günün ən çox müzakirə olunan mövzularından birinə çevrilib.
İrem Derici və Melih Kunukçu cütünün nişanı sosial şəbəkələrdə və maqazin gündəmində böyük maraq doğurub. Cütlük xoşbəxtliklərini yaxın çevrələri ilə bölüşərkən, pərəstişkarları da toy hazırlıqlarını maraqla izləyir.

Nişan xəbərindən sonra Dericinin uzun müddətdir gündəmdə olan şəxsi həyatı yenidən diqqət mərkəzinə düşüb. Sosial mediada sənətçinin xoşbəxtliyi təbrik edilsə də, cütlük arasındakı yaş fərqi də müzakirə mövzusuna çevrilib. İrem Derici 1987, Melih Kunukçu isə 2001-ci il təvəllüdlüdür və aralarındakı 12 yaş fərqi bəzi tənqidlərə səbəb olub. Məşhur müğənni bu iradlara əhəmiyyət vermədiyini bildirərək “xoşbəxtik” mesajını verib.

Qeyd edək ki, Melih Kunukçu Dericiyə Burak Bulut və Eda Sakızın toy mərasimində sürpriz şəkildə evlilik təklifi edib. Nişan mərasimi ailə üzvləri və yaxın dostların iştirakı ilə sadə, lakin zövqlü formada keçirilib.

Nişandan sonra adı tez-tez maqazin gündəmində hallanan Melih Kunukçu gənc yaşına baxmayaraq musiqi dünyasında aktiv karyeraya malikdir. Peşəkar DJ kimi fəaliyyət göstərən Kunukçu 10 illik rəqs təcrübəsini səhnə performanslarında əks etdirir. Son dörd ildə Türkiyədə və xaricdə bir çox məşhur məkanda səhnə alan DJ enerjili çıxışları ilə tanınır. 25 yaşlı Kunukçu’nun doğulduğu yer hələlik ictimaiyyətə açıqlanmayıb.

Səhnə təcrübəsi ilə yanaşı musiqi prodüserliyinə də yönələn Kunukçu karyerasını bu sahədə daha da inkişaf etdirməyi hədəfləyir. Onun çıxışları sosial mediada da tez-tez paylaşılır və böyük maraqla qarşılanır.