Geri qayıt Çap et

Rok əfsanəsinin sirli hekayəsi: Freddi Merkürinin qızı vəfat etdi - FOTO

Mediada Queen qrupunun solisti Freddi Merkürinin gizli qızı kimi təqdim edilən qadın 49 yaşında vəfat edib.

Ölümün səbəbi onkoloji xəstəlik olub.

Güman edilən Fredii Merkürinin qızının vəfatı barədə Daily Mail məlumat yayıb. Hadisənin harada baş verdiyi açıqlanmır. Rok əfsanəsinin qızının olması faktı yalnız ötən il məlum olub. Bu barədə musiqiçi haqqında yazdığı kitabında jurnalist Lesley-Ann Jones məlumat verib. O yazıb ki, Merkürinin yeganə övladı 1976-cı ildə onun yaxın dostunun həyat yoldaşı tərəfindən dünyaya gətirilib; musiqiçi həmin qadınla qısa müddətli münasibət yaşayıb.

Jones qeyd edib ki, bu ailə sirrindən yalnız Fredii Merkürinin ən yaxın çevrəsi — Queen qrupundakı həmkarları, valideynləri, bacısı və ən yaxın dostu Mary Austin xəbərdar olub.

Məlumata görə, qız anası və onun həyat yoldaşı ilə böyüyüb. Eyni zamanda, o, erkən yaşlarından əsl atasının kim olduğunu bilib və onunla əlaqə saxlayıb. Jurnalist güman edilən qızın adını açıqlamayıb. Bildirib ki, həmin qadın Avropada həkim kimi çalışıb və hekayəsini danışmaq üçün ona müraciət edib. Sübut kimi isə rok ulduzunun 17 cilddən ibarət şəxsi gündəliyini təqdim edib.

DenMedia.az