Geri qayıt Çap et

Ailədaxili faciə: opera ulduzunun həyatı qanla bitdi

ABŞ-da məşhur opera müğənnisinin oğlu atasını Kaliforniyada öldürməkdə ittiham olunaraq həbs edilib.

Bu barədə ABC News məlumat yayıb.

Santa-Monika polisinin məlumatına görə, 71 yaşlı Cübillant Sayks dekabrın 8-də öz evində bıçaq xəsarətləri ilə ölü tapılıb.

Hadisə zamanı evdə olan 31 yaşlı oğlu Mayk Sayks polisə müqavimət göstərmədən təslim olub və ona qəsdən adam öldürmə ittihamı elan edilib.

Polis bildirib ki, şübhəlinin psixi xəstəlik tarixçəsi var, lakin hadisənin səbəbi hələ dəqiqləşdirilmir.

Hadisə ailədaxili insident hesab olunur və ictimaiyyət üçün təhlükə olmadığı vurğulanıb.

Cübillant Sayks, Leonard Bernstaynın “Messa” əsərinin 2009-cu il “Qremmi” nominasiyalı səsyazmasının iştirakçısı kimi tanınır. Dava Los-Anceles dairə prokurorluğuna təqdim olunacaq.

DenMedia.az