İstanbulda aparılan istintaq çərçivəsində məşhur türkiyəli müğənni Güllünün (Gül Tut) səhhəti ilə bağlı yeni məlumatlar ortaya çıxır. Məlumata görə, hadisə günü onunla eyni evdə olduğu bildirilən qızı Tuğyan Ülkem Gülter və rəfiqəsi Sultan Nur Ulu polis tərəfindən saxlanılıb.
İlkin məlumatlarda onların ölkəni tərk etməyə hazırlaşdıqlarına dair iddialar istintaqı daha da dərinləşdirib. Rəsmi qurumlar hazırda prosesi araşdırır.
Xatırladaq ki, sənətçi 26 sentyabrda evinin eyvanından yıxılaraq dünyasını dəyişmişdi. Türkiyə mediasında qızı ilə bağlı müxtəlif ittihamlar yer alsa da, istintaqın yekun nəticəsi hələ açıqlanmayıb.
Arabesk janrında məşhur olan Güllü “Her şeyim oldun”, “Sabah olmadan”, “Bendeki sen”, “Varlığın yeter” kimi mahnıları ilə geniş tanınıb.