Geri qayıt Çap et

Namiq Qaraçuxurlu SAXLANILDI

Meyxanaçı Namiq Qaraçuxurlu (Namiq Şükürov) Rusiyaya buraxılmayıb.

Denmedia.az  xəbər verir ki, OLAY-ın əldə etdiyi məlumata görə, qonşu ölkəyə yollanan sənətçi ötən gecə Şeremetyevo Beynəlxalq Hava Limanında sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılıb. İfaçının köməkçisi İlkin Şükürovun da (qardaşı oğlu - red.) ölkəyə keçməsinə icazə verilməyib. Bir neçə saat dindirildikdən sonra İlkin sərbəst buraxılıb.

İddialara görə, Namiq Qaraçuxurlunun saxlanılma prosesi bir neçə saat çəkib. Səfirlik hazırda onun buraxılması üçün danışıqlar aparır.

***

İlkin Şükürov məsələni saytımıza təsdiqləyib. O, Namiq Qaraçuxurlunun hazırda sərbəst buraxıldığını bildirib.