Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, görüş zamanı Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti müzakirə olunub, iki ölkə arasında müttəfiqlik əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
Həmçinin TDT çərçivəsində əməkdaşlığın genişləndirilməsi, türk dünyasının birlik və həmrəyliyinin gücləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.