Geri qayıt Çap et

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur.

Denmedia.az xəbər verir ki, Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli sərəncamına əsasən, hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd edilir.

2023-cü il sentyabrın 19-da Qarabağda Azərbaycanın konstitusiya quruluşunun bərpası və Ermənistan silahlı qüvvələrinin qalıqlarının ərazidən çıxarılması məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşıya qoyulan bütün vəzifələri yerinə yetirib və ölkənin suverenliyi tam bərpa olunub.